Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 protokolu təsdiqləyib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənən sənədlər arasında Azərbaycanla Türkiyə arasında Elektrik Enerjisi mübadiləsi zamanı yaranan borcların ödənilməsi ilə bağlı protokol da olub.
Qeyd edək ki, protokol 2012-ci ilin yanvarında Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanıb.
Samir