14 İyun 2014 10:38
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasında indiyədək aşkar edilən mavi almazlardan ən böyüyü tapılıb. Çəkisi 122,52 karat olan nadir almaz paytaxt Pretoriyanın şimal-şərqində yerləşən Kullinan mədənində aşkar edilib.

Zərgərlərin qiymətləndirməsinə görə, mavi almazın dəyəri elə həmin mədəndə tapılan 507 karatlıq ağ almazın rekordunu təzələyə bilər. 2010-cu ildə hərracda 35 milyon dollara satılan ağ almaz hələ ki, dünyanın ən bahalı qiymətli daşı sayılır.

İndiyədək cəmi 3-4 ədəd mavi almaz tapılıb ki, onların da çəkisi ümumilikdə 100 karatdan çox olub.

Mavi almaz almazların ən nadir və qiymətli növü sayılır, Cənubi Afrika Respublikasındakı Kullinan mədəni isə onların ən məşhur ocağı hesab edilir./anspress/


Müəllif: