26 Mart 2016 11:35
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada iki cinayətkar barəsində çıxarılan ölüm hökmü icra edilib. Kyodo agentliyinin yaydığı məlumata əsasən, bu barədə sərəncam ədliyyə naziri İvaki Mitsuhide tərəfindən imzalanıb.

Cinayətkarlardan biri Yasutoşi Kamata 1985-1994-cü illərdə Osaka şəhərində beş nəfəri, o cümlədən 9 yaşlı qızı qətlə yetirib.

Digər cinayətkar - 56 yaşlı xanım Gunko Yoşide isə 1998-1999-cu illərdə iki rəfiqəsinin həyat yoldaşlarını qətlə yetirərək onların 67 milyon yen (təqribən 593 min dollar) dəyərində sığortalarını mənimsəyib.
Yaponiyada sonuncu dəfə ölüm hökmü ötən ilin dekabrında icra olunmuşdu. Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumət hakimiyyətə gəldikdən sonra 16 cinayətkar barədə ölüm hökmü icra edilib.

Hazırda Yaponiya həbsxanalarında 120 nəfər barələrində çıxarılmış ölüm hökmünün icrasını gözləyir. Ölkə qanunlarına əsasən, bunun üçün ədliyyə nazirinin sərəncamı tələb olunur.


Müəllif:

Oxşar xəbərlər