26 Mart 2016 22:53
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdad yaxınlığındakı stadionda törədilən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Bu barədə İranın Press-TV kanalı məlumat yayıb.

Terrorçu-kamikadze üzərindəki partlayıcını futbol oyununun qalibinin mükafatlandırılması mərasimində işə salıb.

Terror aktının qurbanları arasında kənd administrasiyası başçısının və şiə könüllərinin komandirinin də olduğu bildirilir. Partlayış nəticəsində 65 nəfər xəsarət alıb.

Partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.


Müəllif:

Oxşar xəbərlər