14 İyun 2014 11:46
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samirə şəhəri yaraqlıların nəzarətinə keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edək ki, İŞİD-in bunadək Mosul, Tiqrit, Calaula və Əs-Səudiyyətam şəhərlərini tam, Kərkükün isə bir hissəsini ələ keçirdiyi bildirilmişdi .

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Mosul şəhərində İraq-Şam İslam Dövləti üzviləri ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. Ötən gün isə İŞİD Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiyini bəyan edib.

Dəniz Əliyeva


Müəllif: