27 Mart 2016 14:43
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə törədilmiş terror aktlarında əli olan cinayətkarlardan biri İtaliyada həbs olunub. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya polisi qanlı olayda iştirakı məlum olmuş bir əlcəzairlini tutub.


Yerli mətbuatın yazdığına görə, İtaliyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Brüsseldə terror aktlarına iştirakda şübhəli bilinən əlcəzairlini Salernonun cənub əyalətində yaxalayıblar. Camal Eddin Uali adlı şəxs Belçika hökuməti tərəfindən verilmiş həbs orderi ilə saxlanılıb.

O, Brüsseldə və Parisdə terror hücumlarını həyata keçirmiş cinayətkarların istifadə etdikləri saxta sənədlərin hazırlanmasında şübhəli bilinir.

Qeyd edək ki, bir neçə gün əvvəl Belçika Prokurorluğu Brüsseldə terror aktlarında əli olan altı şübhəli şəxsin həbsi haqda məlumat yayıb. Onların saxlanılması məqsədilə keçirilən xüsusi əməliyyat martın 25-də Belçika paytaxtında baş tutub.


Müəllif:

Oxşar xəbərlər