27 Mart 2016 18:30
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın paytaxtı Dəməşqdə bu ölkənin prezidenti Bəşər Əsədlə görüşən fransız deputat Nicolas Dhuicq açıqlama verib.

Deputat bildirib ki, Əsəd Suriyanın kiçik, federasiya üçün isə daha kiçik ölkə olduğunu vurğulayıb: “Bəşər Əsədin fikrincə, Suriyadakı bəzi bölgələrə daha çox azadlıq və güc vermək olar, amma mərkəzi hakimiyyət öz mövqeyində qalmalıdır”.

Dhuicq qeyd edib ki, Əsəd federasiya təklifinin Suriyadakı xalqlar iç-içə yaşadığına görə uyğun olmayacağını bildirib: “Əsədə görə, Rojavalı kürdlərin federasiya ilə bağlı fəaliyyəti pis fikir idi. Əsəd Suriyada kürdlərin yaşadığı bölgələrdə kürdlərin əhalinin yalnız 30 faizini təşkil etdiyini, buna görə də öz torpaqlarında azlıqda qalacaqlarını deyir”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər