27 Mart 2016 21:53
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obamanı sosial şəbəkədə təhdid edən 55 yaşlı kişi 3 il həbs cəzası aldı.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Brian Dutcher adlı şəxs prezidenti ölümlə təhdid edib.

Dutcher feysbuk hesabında "Bu həftə La Crossede olacam. Düşünürəm prezident kimi davranan adamı sərrast vura biləcəm. Onu öldürmək bizim müqəddəs borcumuzdur" yazıb.

2013-cü ildə Floridalı Christopher Castillo adlı Amerika vatandaşı feysbukda Obamanı ölümlə təhdid etdiyi üçün 15 ay azadlıqdan məhrum edilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər