Belçika prokurorluğu bildirib ki, Brüssel partlayışları ilə bağlı 4 nəfər həbsdədir.
Məlumata görə, 9 nəfər saxlanmışdı, onlardan 5-i sual-cavabdan sonra buraxılıb. Brüsseldə hava limanında və metroda partlayışlarda 31 adam öldü, 270-i yaralandı.
Almaniyanın Die Welt qəzeti yazır ki, Belçika daha 8 şübhəlini axtarır.