28 Mart 2016 11:55
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

"BMT Pakistanın Lahor şəhərində baş verən terror aktını qətiyyətlə pisləyir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Ki Mun deyib. O, Pakistan hökumətini dəhşətli terror aktını törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Pan Ki Mun bu kimi hadisələrin insan hüquq və azadlıqlarına zidd olduğunu deyib.

Qeyd edək ki, məlum terror aktı zamanı 69 nəfər həyatını itirib, 300 nəfər yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər