28 Mart 2016 21:13
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın hədiyyələrinə ehtiyacımız yoxdur"

Kubanın sabiq prezidenti Fidel Kastro 88 ildən sonra Kubaya səfər edən ABŞ prezidentinin bu addımına münasibət bildirib. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, sabiq ölkə başçısı ABŞ-ın hədiyyələrinə ehtiyacları olmadığını deyib: "İllərdir ki, Kubanı blokadada saxlayan ABŞ-ın yardımlarına ehtiyacımız yoxdur.

“Obama çıxışında Kubanın ABŞ kimi Afrikadan gətirilən kölələr tərəfindən qurulduğunu söylədi. Obamaya görə buranın yerli xalqı yoxdur. Üstəlik irqi ayrıseçkiliyin inqilabdan sonra necə aradan qaldırıldığını, Obamanın hələ 10 yaşı tamam olmadığı bir dönəmdə kubalıların insani haqlara sahib olduqlarını söyləmədi. Kuba inqilabından sonra irqçi burjuaziyanın qara dərililərin sığınacaqlara verilməsinin qarşısı alındı”, deyə Kastro əlavə edib.

Sabiq prezident bildirib ki, ABŞ illərlə Cənubi Afrikadakı irqçi aparteid rejiminə dəstək verib: "60 ildir davam edən blokada, muzdlu əsgərlərin hücumları, çoxsaylı zorakılıqlardan sonra təhsil, mədəniyyət sahələrində uğurlara imza atan bu xalqın təslim olacağını kimsə ağlına gətirməsin. İmperatorluğun hədiyyəsinə ehtiyacımız yoxdur. Mübarizəmiz davam edeəcək”.

Ayxan


Müəllif:

Oxşar xəbərlər