Ağ Ev bir daha təsdiq edir ki, prezident Bəşər Əsəd Suriyaya sabitlik gətirə bilməz.
Teleqraf.com-un tass.ru-ya istinadən xəbərinə görə, bunu jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.
"Artıq uzun zamandır ki, Əsədin rəhbərliyi ilə Suriya ordusu ölkəyə sabitlik gətirə bilməyib. Ona görə də biz əvvəlki kimi münaqişənin siyasi yolla həlli imkanlarını axtarırırq", - ABŞ prezidentinin mətbuat katibi deyib.
Coş Ernest İŞİD-in Palmiranı tərk etməsindən ABŞ-ın razı qaldığını da vurğulayıb.
Nihad