30 Mart 2016 01:37
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanda naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğu vasitəsilə “Ural” markalı hərbi maşını partladıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nəticədə bir hərbçi ölüb.


Məlumata görə, maşında və onu müşayiət edən “UAZ” markalı avtomobildə ümumilikdə 10-dan çox hərbçi olub. Partlayış nəticəsində bir neçə hərbçi yaralanıb.


İnsident Mahaçkala yaxınlığında yerli vaxtla 21.00 radələrində baş verib.


Müəllif:

Oxşar xəbərlər