"Beynəlxalq ictimaiyyət ballistik raket sınaqlarına görə İrana qarşı sanksiyalar tətbiq etməlidir".
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin BMT-dəki xüsusi nümayəndəsi Danni Danon deyib. Onun sözlərinə görə, İsrail Böyük Britaniya, Almaniya, ABŞ və Fransanın rəsmi Tehrana qarşı cavab tədbirləri görməsi üçün BMT Təhlükəsizlik Şurası və Baş katib Pan Ki Muna müaricətini alqışlayır.
4 ölkənin Pan Ki Muna ünvanladığı birgə məktubda İranın bu addımının 2231 saylı qətnaməyə uyğun olmadığı bildirilib: "Bu qətnamə İran üzərindən sanksiyaların ləğvinə icazə verir. Ancaq sənəddə İranın raket sınaqlarından imtinası qeyd edilir. Tehranın həyata keçirdiyi sınaqlar İsrail üçün təhlükədir".
Danni Danon bildirib ki, raketlərin buraxılması İranın əsl niyyətini üzə çıxardı.
Qeyd edək ki, İran bu ay ərzində iki dəfə ballistik raket sınağı həyata keçirib.
Samir