30 Mart 2016 11:50
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya rəhbəri ölkə vətəndaşlarına xəbərdarlıq ünvanlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, xəbərdarlıqda ölkənin çətin iqtisadi durumu ilə əlaqədar bu il aclıq olacağı bildirilib.

Bununla bağlı Koreya Xalq Demokratik Respublikasının “Nodon Sinmun” partiyasının rəsmi saytı məlumat yayıb: “İnqilaba yol uzun və çətin olacaq. Ola bilsin ki, yeni bitki kökləri ilə dolanmalı olacağıq”.

Qeyd edilir ki, sonuncu dəfə belə aclıq 1994-cü ildə baş verib. O zaman aclıqdan 500 min insan həyatını itirib. Britaniyanın “The Telegraph” qəzeti iddia edir ki, ölkədəki iqtisadi böhran BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sərt sanksiyalarla bağlıdır.

Xatırladaq ki, son aylar Şimali Koreya icazəsiz olaraq nüvə raketlərinin sınağını həyata keçirib. Bu isə beynəlxalq ictimaiyyətin kəskin narazılığına səbəb olub.

Samir


Müəllif:

Oxşar xəbərlər