İŞİD terror təşkilatı Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında törədilmiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Dağıstan polisinin rəsmisi Fatin Ubaydatov məlumat verib.
Onun sözlərinə görə, hadisə zamanı 2 polis avtomobili partladılıb. Partlayış nəticəsində 1 polis həyatını itirib, 2 nəfər yaralanıb. Ubaydatov qeyd edib ki, hadisə yerinə baxış zamanı partlamamış 3 qurğu aşkar edilib.
Samir