"Rusiyanın Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakdan imtina etməsinə səbəb tərəfdaşları ilə qarşılıqlı münasibətlərdəki çatışmazlıqlardır".
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, nüvə təhlükəsizliyi məsələsi çox aktualdır: ”Ancaq bununla yanaşı Moskva hesab edir ki, nüvə təlükəsizliyi ilə bağlı yaranmış suallar qarşılıqlı maraqları nəzərə almaq və birgə səylər nəticəsində öz həllini tapmalıdır. Sammitə hazırlıq çərçivəsində qarşılıq münasibətlərdə çatışmazlıqlar müşahidə etdik. Buna görə də Rusiya bu sammitdə iştirak etməyəcək".
Bundan əvvəl açılqama verən ABŞ prezidentinin xarici məsələlər üzrə müşaviri Ben Rods bildirmişdi ki, Rusiyanın hazırki nüvə sammitində iştirakdan imtina etməsi onun nüvə təhlükəsizliyi üzrə qarşıdakı sammitlərdən təcrid olunmasına gətirib çıxaracaq.
Qeyd edək ki, Nüvə Təhlükəsizliyi Sammiti 31 mart-1 apreldə Vaşiqntonda keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirakı gözlənilir.
Samir