30 Mart 2016 15:46
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və İsveçrə arasında yeni rüşvət qalmaqalı yaranıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən şəxs İsveçrənin "Novartis" dərman firmasını Türkiyədə 85 milyon dollar rüşvət verərək, rəqabəti ələ almaqda ittiham edib.

Rüşvət iddialarının əks olunduğu sənəd "Reuters" agentliyi tərəfindən dərc edilib. İddiaçının sözlərinə görə, "Novartis" hazırladığı dərmanları Türkiyənin dövlət xəstəxanalarına satmağı və Türkiyədəki bəzi dərmanların adlarının dövlətin icazəsi ilə dəyişdiyirilməsini düşünüb. Bu addım başqa ölkələrdən Türkiyəyə dərmanların gətirilməsinin qarşısını alacaqdı.

Sənədin dərc edilməsindən dərhal sonra "Novartis" araşdırmalara başlayıb. Əsas araşdırmalar firmanın icraçı direktoru Co Simenez, şirkətin nəzarət heyətinin rəhbəri Srikant Datar ətrafında aparılır.

İddialara görə, "Novartis" firması "Alp Aydın" məşvərətçi şirkətinin 2013-2014-cü illərdəki məsrəflərini qarşılamaq üçün 290 min dollardan çox maliyyə ayırıb. Aparılan araşdırmaya görə, "Novartis" "Alp Aydın" şirkəti ilə əlaqələri kəsib. "Novartis" firmasının rəsmiləri deyilən iddialarla əlaqədar araşdırmalar bitdikdən sonra məlumat veriləcəyini bildiriblər: "Firmanın Türkiyə Səhiyyə Nazirliyinə rüşvət verdiyi və Türkiyədə bu firmanın dərmanlarını daha çox yazan həkimlərin yaxınlarını "Novartis"də işə götürdüyü iddiaları irəli sürülüb. Bu məsələləri araşdırırıq".

Qeyd edək ki, ötən həftə "Novartis" firmasının Çində rüşvət verməsi ilə bağlı iddialar irəli sürülmüşdü.

Samir


Müəllif:

Oxşar xəbərlər