30 Mart 2016 20:34
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 22-də Brüsseldə 32 nəfərin ölümü ilə nəticələnən terror hadisəsilə bağlı yeni məqamla üzə çıxıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, terrorda adı hallanan İbrahim el Bakraouinin evində axtarılan araşdırma zamanı ilginc faktlar əldə edilib.

Məlum olub ki, terrorçular ölkənin baş naziri Çarles Maykl evi və iş yerilə bağlı axtarış aparıblar. Bu, terrorçuların hədəfində baş nazirin də olduğunu deməyə əsas verir.

Qeyd edək ki, Belçika baş nazirinin ofisi Maelbeek metro stansiyasının yaxınlığında yerləşir. Eyni küçədə Avropa Birliyi və digər əhəmiyyətli qurumların binaları yerləşir. Terrorçular öncədən Belçikanın strateji yerləri barədə məlumatlar əldə ediblər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər