Türkiyəyə səyahət edən xarici turistlərin sayı azı 10 faiz azalıb.
Teleqraf.com xəbər verir ki, bunu martın 29-da İstanbulda Reuters agentliyinə Türkiyə Turizm Agentlikləri Asosasiyasının rəhbəri Çetin Qurcun deyib.
Onun sözlərinə görə, turistlərin sayının azalmasına əsasən terror hadisələri səbəb olub: "Hazırda Türkiyəyə daha çox ərəb ölkələri və İrandan gəlirlər. Rusiya ilə münasibətlərin pozulması da turizmə mənfi təsir göstərib".
Qeyd edək ki, Türkiyənin ötən ilin sonlarında Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər korlanıb.
Rusiya buna görə, turizm sahəsi də daxil olmaqla Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Ayxan