31 Mart 2016 01:25
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada vətəndaş sosial şəbəkədə kralı təhqir etdiyi üçün cərimə olunub

İspaniyada Valensiya sakini Ernest Bru Rodenas Twitter şəbəkəsindəki şəxsi hesabında kralı təhqir edib. Keçirilən məhkəmədə o təqsirli bilinərək 240 avro cərimə olunub.

Valensiya şəhərinin keçmiş rəhbəri Klementina Rodenasın oğlu olan bu vətəndaş kralı təhqir etdiyi şərhində həm də "ETA-ya eşq olsun!"(ETA baskların radikal sol təmayüllü separatçı təşkilatıdır) yazıb.

Ernest Bru Rodenas cəriməsini günə 2 avro olmaqla 4 ay müddətində ödəməlidir.


Müəllif:

Oxşar xəbərlər