31 Mart 2016 11:56
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün Vaşinqtonda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN kanalına müsahibə verib.

Publika.az xəbər verir ki, Ərdoğan Avropanın Türkiyənin yalnız qoyduğunu deyib.

Türkiyə prezidenti bir çox Avropa ölkəsinin terrorla mübarizə üçün lazım olan addımları atmadığını söyləyib. O, bir çox ölkələrin İŞİD-in yayılmasına imkan verdiyini və öz ölkələrindən gələn terrorçularla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib.

Ərdoğan Belçikadakı səlahiyyətlilərin martın 22-də Brüsseldə terror aktı törədən İbrahim əl- Bakraui məsələsində laqeyd davranış sərgilədiyini qeyd edib.

“Bütün ölkələrdən terrorçuluğa qarşı mübarizədə ortaq davranış istəyirik. Qərb ölkələri bizi tək qoydu. Kəşfiyyat məlumatların paylaşılmasında gözləntilərimiz heç bir zaman qarşılanmadı”, - dövlət başçısı vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər