ABŞ-ın "Forbes" jurnalı dünyanın ən varlı terror qruplaşmalarının siyahısını dərc edib. Siyahıda ilk 10 qruplaşmadan 8-i İslam ölkələrində yaradılan təşkilatlardır.
Teleqraf.com həmin siyahını təqdim edir:
1.Siyahıda ilk sırada İraq və Suriyada fəaliyyət göstərən İŞİD terror qruplaşması gəlir. İŞİD-in illik gəliri 2 milyard dollara yaxındır. Məlumatlara görə, İŞİD gündə 30 min barrel neft satır.
2.HƏMAS qruplaşmasının illik gəliri 1 milyard dollardır. İddialara görə, HƏMAS-ın əsas gəlir mənbələri Körfəz ölkələridir. HƏMAS lideri Halit Meşalın Qətər və Misir banklarında milyonlarla dollar pulu yatır.
3. FARC - Kolumbiyada fəaliyyət göstərən terror təşkilatıdır. FARC-ın illik gəliri 600 milyon dollardır.
4. Hizbullah - İranın dəstəklədiyi bu terror təşkilatı dünyanın varlı qruplaşmaları sırasında 4-cüdür. Onun illik gəliri 500 milyon dollar civarındadır.
5. Taliban - illik gəliri 400 milyon dollardır.
6. Əl-Qaidə - əsasən Pakistanda fəaliyyət göstərən bu təşkillat ildə 150 milyon dollar gəlir əldə edir.
7. Leşkəri Taiba - bu qruplaşması Pakistanın ikinci varlı terror təşkilatıdır. Onun illik gəliri 100 milyon dollar göstərilir.
8. Əş-Şəbab - Somalidə fəaliyyət göstərən qruplaşma ildə 100 milyon dollar qazanır.
9. İRA – İrlandiyada fəaliyyət göstərən terror qruplaşmasıdır və ildə 90 milyon dollar gəlir əldə edir.
10. Boko Haram - Nigeriyada qətliamlar törədən bu təşkilatın illik gəliri 25 milyon dollar göstərilir.
Samir