31 Mart 2016 14:24
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ prezidenti Barak Obamanın Rusiyanın orta və kiçik mənzilli raketlər haqqında müqavilənin bütün şərtlərinə əməl etməməsi ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, əksinə, Vaşinqtonun bu müqavilənin şərtlərini yerinə yetirməməsinə dair Moskvanın əsasları var:

"Hazırda Rusiya orta və kiçik mənzilli raketlər haqqında müqavilənin bütün şərtlərinə əməl edir. Biz ABŞ-ın iddialarını əsassız hesab edirik. Əksinə bizim Vaşinqtona qarşı bəzi iddialarımız var. Ancaq hələlik bu iddiaları açıqlamayacam".

Qeyd edək ki, adı çəkilən müqavilə Rusiya və ABŞ arasında 2010-cu ilin aprelində Praqada imzalanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər