Rusiya Prezidenti Vladimir Putin Krım tatarlarının və Krımın digər xalqlarının reabilitasiyası haqqında fərman imzalayıb.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu V. Putin Dövlət Şurasının iclasının açılışında deyib.
Onun sözlərinə görə, fərman Stalin dövründə repressiyalara məruz qalmış Krım tatarlarına, bu bölgənin erməni, alman, yunan və digər əhalisinə şamil edilir.