Fukisima nüvə stansiyasında fəlakət yaşanan zaman bu ölkənin baş naziri postunda olan Naoto Kan bəyan edib ki, Ərdoğana yapon nüvə texnologiyası tövsiyə etdiyinə görə peşiman olub. Onun fikrincə, Türkiyə kimi seysmik və terror riski yüksək olan bir ölkə nüvə stansiyasından imtina etməlidir.
Teleqraf.com xəbər verir ki, Yaponiyanın sabiq baş naziri Naoto Kan Sinopdakı nüvə stansiyası haqqında danışarkən bunları deyib.
Xatırladaq ki, sözügedən stansiyası layihəsini Türkiyə və Fransa birlikdə həyata keçirmək niyyətindədir.
Naoto Kan deyib ki, Fukusima qəzasından əvvəl həmin dövrün Baş naziri Rəcəb Tayyib Ərdoğanla bir görüşündə yapon nüvə texnologiyasının istifadəni tövsiyə edib: "İndi anladım ki, mənim bu sözlərim tamamilə xəta imiş. Bunun üçün peşimanam. Yaponiya kimi Türkiyə də güclü seysmik bir bölgədə yerləşir. Bundan başqa terror təhdidi təhlükəsi də mövcuddur. Məsələn, 11 sentyabr hücumlarını xatırlayaq. Terrorçular bir təyyarə ilə Dünya Ticarət Mərkəzini yerlə bir etdi. Eyni şeyi bir nüvə stansiyası ilə bağlı da edə bilərlər. Bu səbəbdən nüvə stansiyalarının yüzdə yüz təhlükəsizliyinə zəmanət verilməsi olduqca çətindir. Bunları göz önünə alaraq, düşünürəm ki, türk və yapon xalqı üçün ən yaxşı, ən etibarlı şəhər nüvə stansiyası olmayan şəhərdir. Türkiyə kimi böyük bir ölkə, günəş və ya külək enerjisinə sərmayə qoymalı, enerji siyasətini bu istiqamətdə üzərinə qurmalıdır. Türkiyə kimi seysmik və terror riski yüksək olan bir ölkə nüvə stansiyası layihəsindən vaz keçməlidir”.
Nemət