Açıqlamaları ilə daim geniş rezonans yaradan türkiyəli professor, İstanbul Bilim Universitetinin keçmiş rektoru, ürək və damar xəstəlikləri uzmanı Canan Karatay bu dəfə sərinləşdirici içki olan Coca-Colanın iftar süfrəsində verilməsini tənqid edib.
Teleqraf.com-un məlumatına görə, Canan Karatayın fikrincə, əgər Məhəmməd peyğəmbərin dövründə bu cür içkilər süfrəyə verilsəydi, haram buyurulardı: “Nur üzlü nənələr, babalar iftar zamanı süfrə başında əyləşir, masanın düz ortasına Coca-Cola qoyulur. Bu içkinin iftar süfrəsində nə işi var? Məhəmməd peyğəmbərin dövründə Coca-Cola olsaydı, onu haram buyurardı”.
Kəmalə