15 İyun 2014 00:40
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Rizədən Artvinə gətirən Başnazirliyə aid Oba helikopteri Artvin şəhər stadionuna eniş edərkən qəza keçirib.

Avropa.info xəbər verir ki, Ərdoğanın və onu mühafizə edən helikopterlərin enişini polis Olimpik Üzmə Hovuzu inşaat sahəsinə yönləndirib. Baş nazirin helikopteri inşaat sahəsinə enərkən dəhşətli anlar yaşanıb. İnşaat sahəsind olan taxta parçaları və çeşitli inşaat əşyaları helikopterin pərinin səbəb olduğu həddindən artıq külək nəticəsində havaya qalxınca, baş naziri gözləyən qəzetçi Orxan Sevinc , inşaat işçisi Camal Doğan və adı açıqlanmayan bir polis məmuru üzlərindən, bədənlərinin müxtəlif yerlərindən ciddi xəsarət alıblar. Yaralılar təcili olaraq xəstəxanaya aparılıblar. İnşaat işçiləri açıqlamalarında helikopterin birinci cəhddə enmədiyini və ikinci cəhddə enərkən bu halın yaşandığını bildiriblər.


Müəllif: