15 İyun 2014 11:30
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Hərbi Hava Qüvvələrinin döyüşçüləri Luqanskda yerləşən separatçılara məxsus iki döyüş postuna havadan atəşə açıblar.

Bu barədə Ukraynada antiterror əməliyyatı haqqında məlumat qrupunun rəhbəri Vladislav Seleznyov açıqlama verib. O, qeyd edib ki, həmin ərazidə yerləşən separatçılara məxsus bütün hərbi bazalar məhv edilib.

Vladislav Seleznyov əməliyyatlar zamanı hələlik Ukrayana ordusunun itki vermədiyini də sözlərinə alavə edib: “Separatçıların bütün həmlələrinin qarşısı alınır”

Xatırladaq, bir neçə gün öncə Ukrayna prezidenti Pyotr Poroşenko xalqa müraciət edib. O müraciətində bildirib ki, ilk dəfə olaraq Ukrayna ordusu separatçılara qarşı əks-hücuma keçib./anspress/


Müəllif: