4 Aprel 2016 00:56
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın mərkəzində, Rusiya Müdafiə Nazirliyinin binasında baş verən yanğın yerli vaxtla saat 20:07-də söndürülüb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya FHNməlumat yayıb

"Znamenika küçəsi, 19-da - Müdafiə Nazirliyinin binasında baş verən yanğın tamamilə söndürülüb", - Rusiya FHN-dən bildiriblər.

Səhər saat 10 radələrində başlayan yanğının söndürülməsi üçün 9 saat əmək sərf olunub. Yanğının söndürülməsinə Ruisya FHN-nin 200 yanğınsöndürəni və xilasedicisi, 70 ədəd texnika cəlb olunub.

Nihad


Müəllif: