4 Aprel 2016 01:55
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin “AlYoum7” nəşri “İlham Əliyev: Ermənistan atəşkəs rejimini pozub” sərlövhəli material dərc edib.

Nəşr Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Təhlükəsizlik Şurasının aprelin 3-də keçirilən iclasında verdiyi bəyanata istinadla yazır ki, Azərbaycan dövlətinin başçısı Ermənistanı Dağlıq Qüarabağ münaqişəsi zonasında atəşkəs rejimini pozmaqda ittiham edib.

Nəşr Prezident İlham Əliyevin Ermənistanın bütün beynəlxalq normaları pozması barədə sözlərini də sitat gətirib. Azərbaycan Prezidenti deyib ki, biz münaqişənin nizama salınması ilə bağlı prinsipial mövqeyimizdən əl çəkməyəcəyik. Bununla belə, biz danışıqlara tərəfdarıq və bundan sonra da çalışacağıq ki, münaqişə sülh yolu ilə həllini tapsın. Bununla yanaşı, biz ordumuzun qüdrətini artıracağıq.

Azərbaycan Prezidenti bəyan edib ki, biz öz torpağımızda döyüşürük. Erməni əsgəri ölmək istəmirsə, qoy Azərbaycan torpağından rədd olsun. Azərbaycan dövlətinin başçısı vurğulayıb ki, aprelin 2-si ermənilər üçün yaxşı ibrət dərsi olacaq.

“AlYoum7” yazır ki, Azərbaycan Müdafiə Nazirliyi separatçıların 10 tankının və ermənilərin xeyli sayda canlı qüvvəsinin məhv edildiyini bəyan edib.


Müəllif:

Oxşar xəbərlər