4 Aprel 2016 11:17
1 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən gərginlik nəticəsində 33 nəfər həyatını itirib, 200 nəfər yaralanıb".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb:

"Azərbaycan və Ermənistan tərəfinin yaydığı rəsmi məlumata əsasən, ölənlər arasında 3 dinc sakin olub. Tərəflər yaralıların sayını açıqlamır. Qeyri-rəsmi rəqəmlərdə 200 nəfərin yaralandığı bildirilib. Hazırda gərginlik yaşanan bölgələrdə 14,4 min dinc sakin yaşayır".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı verdiyi açıqlamada, bu gün səhər saatlarından cəbhə bölgəsində düşmənlə təmas xəttində vəziyyətin yenidən gərginləşdiyini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər