15 İyun 2014 16:34
2 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosulun işğalından sonra kürdlərdən ibarət yerli hakimiyyət İŞİD-la mübarizə məqsədilə İraqa 50 minlik döyüşçü heyəti göndərib.

Mahmur bölgəsində İraq ordusu ilə birlikdə döyüşən 50 minlik heyət kəşfiyyat üçün bölgəyə gələn silahlılarla üz-üzə gəliblər.

İraq ordusunun texnikalarla hücumunu gördükdən sonra İŞİD döyüçüləri həmin ərazini tərk ediblər.

Kürdlərdən ibarət yeli hakimiyyəti təmsil edən bir qrup millət vəkili də türk sürücülərinin girov götülüdüyü Geyara adlanan əraziyə gəliblər.

Onların içərəsində 29 yaşlı qadın millət vəkili Avaz Hamidinin də olduğu bildilir. Qadın millət vəkilinin belindəki silahla çəkilən fotosu hər kəsin diqqətini özünə cəlb edib.

Qeyd edək ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib./anspress/


Müəllif: