15 İyun 2014 18:13
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusunun İŞİD-in qurucusu Əbu Musa əz-Zərkavinin qardaşını həbs edib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

İraqın şimalındakı Səlahəddin şəhərinin Daluiyə qəsəbəsində aralarında Əbu Musa əz-Zərkavinin qardaşı da olan 10 terrorçu həbs edilib. Həmin ərazi paytaxt Bağdaddan 80 kilometr aralıdır.

Xatırladaq ki, 2006-cı ildə öldürülən Əbu Musa əz-Zərkavi 2004-cü ildə "Əl-Qaidə" ilə əlaqəsi olan "Təvhid və Cihad" terror təşkilatını yaratmışdı./axar/


Müəllif: