15 İyun 2014 18:31
2 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda "İraq və Şam İslam Dövləti" silahlılarına qarşı əsasən, havadan müqavimət göstərilir.

Axar.az sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, İraq helikopterləri terrorçuların gizləndiyi mövqelərinə aviazərbələr endirib.


Bu barədə ölkənin baş naziri Nuri əl-Maliki açıqlama verib. İnsan itkisi barədə isə hələlik məlumat yoxdur.


Gün ərzində ən qızğın döyüşlərdən biri Tikrit şəhərində gedib. Aviazərbələr nəticəsində 50-ə yaxın İŞİD silahlısı öldürülüb.


Öldürülənlər arasında sabiq prezident Səddam Hüseynin oğlu İzzət İbrahim əl-Duri də olub.


Müəllif: