15 İyun 2014 19:08
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda iyunun 14-də keçirilən prezident seçkilərinin ikinci turu terror aktları ilə müşaiyyət olunub.

Taliban qüvvələri seçkiləri pozmaq məqsədilə seçki məntəqələrinə etdiyi hücumlarda 106 nəfər oldürülüb. Polis və ordu qüvvələri ilə Taliban arasında şiddətli döyüşlər olub.

Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 11 polis, 15 hərbçi və 20 mülki şəxs həlak olub. Taliban tərəfi isə döyüşlərdə 60 nəfər itki verib.

Talibanın hücumlarına baxmayaraq seçkilərin ikinci turu baş tutduğu bildirilir. Seçicilərin 50 faizi səsvermədə iştirak edib./anspress/


Müəllif: