“Ermənilərin hücumları zamanı şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, Azərbaycan xalqına isə başsağlığı diləyirəm”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı deyib:
“Bütün dünya bilməlidir ki, Türkiyə və can Azərbaycan qiyamətə qədər bir-birinin yanında olacaq. Azərbaycanın şəhidləri bizimdir. Dağlıq Qarabağ da daxil olmaqla bütün torpaqlar azad olunana qədər Azərbaycanın yanında olmağa davam edəcəyik. İnşallah gün gələcək Azərbaycan öz torpaqlarını bütünlüklə azad edəcək”.
Samir