Fələstin prezidenti Mahmud Abbas Moskvaya səfər edəcək.
Teleqraqf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl məlumat verib.
Onun sözlərinə görə, aprelin 17-18-də reallaşacaq səfər çərçivəsində Abbasın Rusiya prezidenti və xarici işlər naziri ilə görüşləri nəzərdə tutulur. Görüşlər zamanı Yaxın Şərqdəki siyasi vəziyyət müzakirə mövzusu olacaq.
Samir