6 Aprel 2016 19:35
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD qruplaşmasının yaraqlıları Dəməşqdən 35 kilometr şimal-şərqdə yerləşən Dumeyr şəhərindəki sement zavoduna hücum edib.

Yaraqlılar zavodun 100 işçisini girov götürərək naməlum istiqamətə aparıblar.

Suriya Hərbi Hava Qüvvələri İŞİD qruplaşmasının Dumeyr ətrafındakı hərbi aerodromun yaxınlığında yerləşən mövqelərinə hava zərbələri endirib. Yaraqlılar, həmçinin şəhərin şimal və şərq rayonlarının nəzarətini əllərində saxlayır.

Dumeyr şəhəri Ədra sənaye rayonunun qonşuluğunda, Dəməşq-Bağdad şosesinin üzərində yerləşir.

/Teleqraf.com/


Müəllif: