Almaniya kansleri Angela Merkel və Ermənistan prezidenti Serj Sarkisyan təkbətək görüşdən sonra mətbuat konfrası keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, kansler Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazır olduğunu deyib.
O bildirib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsinin tərəfdarıdır: "Dağlıq Qarabağ münaqişəsi mümkün qədər tez öz həllini tapmalıdır".
Samir