16 İyun 2014 00:16
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın paytaxtı Sofiya başda olmaqla ölkənin digər şəhərlərində baş nazir Plamen Oraşerski hökümətinin istefası tələbi ilə kütləvi mitinqlər keçirilib.

Teleraf.com-un məlumatına görə, Avropa Birliyinin ən kasıb üzv dövlətlərindən sayılan Bolqarıstanda nümayişlər anti-hökümət etirazlarının ildönümü münasibətilə təşkil olunub. Sofiyada etirazçılar parlament binası qarşısında “ Artıq kifayətdir” və “Sizə ar olsun” şüarlı plakatlarla qatılıb.

İqtidarın siyasətinin dəyişmədiyindən gileylənən etirazçılar hökümətin dərhal istefa verməsini tələb edir. Parlamentin binası önünə çatan etirazçılar binanı pomidor və yumurta atəşinə tutub. Bəzi fəallar polisin quraşdırdığı barikadaları aşmağa çalışıb.

Qeyd edək ki, cümə günü parlamentdə keçirilən etimadsızlıq səsverməsindən baş nazir növbəti dəfə qalib çıxıb. Bu təşəbbüsü Bolqarıstanın inkişafı naminə Gənclər adlı müxalifət partiyası irəli sürmüşdü.

Fidan


Müəllif: