16 İyun 2014 02:04
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İraqda gərginliyin artması ilə əlaqədar bu ölkədəki diplomatik missiyasının mühafizəsini gücləndirib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib.

"İraqın bəzi regionlarında qeyri-stabillik və zorakılığın artması ilə əlaqədar Bağdaddakı səfirliyimiz təhlükəsizlik tədbirlərini gücləndirib. Bağdada təhlükəsizlik qüvvələrinin əlavə əməkdaşları göndəriləcək", - Psaki deyib.

Dövlət Departamenti həmçinin İraqda olan amerikalılardan ehtiyatlı olmağı və bəzi vilayətlərə getməməyi xahiş edib.

Nihad


Müəllif: