8 Aprel 2016 16:13
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İsveç Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən gərginliyi üzüntü ilə qarşıladı. BMT Təhlükəsizlik Şurasını və ATƏT-in Minsk qrupunu münaqişənin həlli ilə bağlı daha ciddi işlər görməyə çağırırıq".

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İsveç xarici işlər naziri Marqot Valstom deyib: "Bu cür toqquşmalar və döyüşlərə görə BMT TŞ daha çox iş görməlidir. BMT TŞ dünyanın müxtəlif yerlərində meydana gələn problemləri həll etmə məsələsində zəif olduğu təəssüratını yaradır. Suriyada 5 ildir davam edən müharibə var. BMT TŞ hələ də bir nəticəyə gəlməyib.

BMT TŞ və ATƏT Azərbaycan və Ermənistanı masa arxasına dəvət etməli, silahlı toqquşmaları dayandırmalı və atəşkəsin qalıcı olmasına səy göstərməlidir".

Samir


Müəllif:

Oxşar xəbərlər