Yəməndə atəşkəsöncəsi müharibə yenidən qızışıb. Teleqraf.com xəbər verir ki, aprelin 10-da imzalanması gözlənilən atəşkəs sazişinə qədər mərkəzi ordu qüvvələri Husi yaraqlılarına qarşı əməliyyatları gücləndiriblər.
Hökuməti dəstəkləyən Xalq Müqavimət Ordusu Husilərin bir neçə mövqeyini əllərindən alıb. Taiz, Vadi ed-Dabab bölgəsindəki El-Mukahaya, Hadaik es-Salih kimi məntəqələr silahlılardan tam təmizlənib.
Şebve vilayətinin Useylan qəsəbəsindəki yüksəkliklər də ordunun nəzarətinə keçib.
Ayxan