8 Aprel 2016 22:34
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Qərblə sanksiyaların götürülməsi meyarlarını müzakirə etməyəcək".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib. Onun sözlərinə görə, sanksiyalı vəziyyətdən çıxmaq vacibdir, ancaq Moskva bunu müzakirə etməyə hazırlaşmır:

"Birinci addımı bu sanksiyaları irəli sürənlər atmalıdır".

O əlavə edib ki, Moskva Qərb tərəfdaşları ilə "Rusiyamın maraqlarını nəzərə almaqla" əməkdaşlığa hazırdır: "Əgər bizə təzyiq göstərsələr, biz cavab tədbirləri görəcəyik".

Samir


Müəllif: