İraqda səfərdə olan ABŞ xarici işlər naziri Con Kerri həmkarı İbrahim əl-Cəfəri ilə görüşüb. Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, terrora qarşı mübarizə, siyasi sabitlik və s. məslələr müzakirə olunub.
Con Kerri İraqın İŞİD-ə qarşı mübarizəni davam etdirəcəyinə ümidini ifadə edib. O, Körfəz Əməkdaşlıq Liqasının İŞİD-ə qarşı mübarizədə İraqa dəstək verməsinin vacibliyini vurğulayıb.
"ABŞ evlərini tərk edən iraqlıların geri dönməsinə dəstək verir. Ramadidəki minaların təmizlənməsi üçün 155 milyon dollar vəsait ayırmışıq. Gələcəkdə dəstəyi daha da artıracaq, maliyyə məsələlərini həll etmək üçün Beynəlxalq Valyuta Fonduna müraciət edəcəyik", deyə Con Kerri bildirib.
Ayxan