9 Aprel 2016 10:19
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında yerləşən hərbi hava bazasına silahlı hücum olub.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra hücumçunun intihar etdiyi məlum olub. Ştat polisinin sözçüsü hərbi hava qüvvələrinin təlimlərinin həyata keçirildiyi bazada bir nəfər silahlı şəxsin olduğuna dair məlumat aldıqlarını və polisin dərhal olay yerinə getdiyini bildirib.

Sözçü hücum zamanı bir nəfərin həyatını itirdiyini də sözlərinə əlavə edib. Hücumdan sonra hava bazasına aid bir ofisdə iki cəsəd tapılıb. Cəsədlərdən birinin hücumu həyata keçiriən şəxsə aid olduğu məlum olub.

Səxavət


Müəllif: