9 Aprel 2016 12:18
2 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ Abant İzzət Baysal Universitetində tələbələrlə görüşdə ölkənin mövcud durumu ilə bağlı önəmli açıqlamalar verib.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, İlkər Başbuğ daxili siyasi qarşıdurmalardan narazılıq ifadə edib: "O onu yamanlayıb, bu o birisinin əleyhinə siyasət aparsa, təəssüflə deyim ki, şəhid xəbərlərini hələ uzun müddət eşitməli olacağıq..."

Çoxsaylı tələbələrin marağına səbəb olan İlkər Başbuğ Suriya məsələsinə həsr olunmuş konfransda sözünə belə davam edib:

"Türkiyə dövlətinə lazım olan budur ki, Suriyada eyni məqsədi seçmiş İran və Rusiya ilə əlaqələri inkişaf etdirsin və möhkəmlətsin. Bu iki ölkə Suriya məsələsində irəli çıxıb. Suriyanın mərkəzi hökuməti ilə münasibətləri normallaşdırmaq lazımdır. Əlbəttə, ABŞ-ı da unutmamalıyıq. ABŞ-la birgə hərəkət eləmək üçün bütün qüvvəmizlə çalışmalıyıq".

İlkər Başbuğ hesab edir ki, yalnız bu şərtlər yerinə yetirildikdən sonra acı hadisələrin qarşısı alınar.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər