9 Aprel 2016 12:36
3 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, bu xəbəri Türkiyədə çap olunan "Aydınlıq" qəzeti bugünkü sayında manşetə çıxarıb.

Adıçıkilən qəzet Türkiyə prezidentinə yaxın qaynaqlardan məlumat əldə edib. Hələlik tarix bəlli deyil, amma iddialara görə, səfər yaxın zamanlarda gerçəkləşdiriləcək.

Məlumatda bildirilir ki, Lavrovla görüşlərdə qarşılıqlı münasibətlər, iqtisadi əlaqələr və təhlükəsizlik məsələləri müzakirə ediləcək.

İki ölkənin münasibətləri ötən il noyabrın 24-də Türkiyə Silahlı Qüvvələrinin Rusiyaya məxsus hərbi vertolyotu hava sərhədini pozması səbəbindən vurması ilə pisləşib.

Mahir


Müəllif:

Oxşar xəbərlər