İsrailin işğal etdiyi torpaqlarda qeyri-qanuni məskunlaşmalarının dayandırılmasını istəyən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yeni qərar layihəsi hazırlayıb.
Teleqraf.com xarici KİV istinadən xəbər verir ki, layihədə İsrailin işğal etdiyi Fələstin torpaqlarındakı qeyri-qanuni məskunlaşmasının iki dövlət arasındakı münaqişənin həlli qarşısında ən böyük maneə olduğu qeyd edilib və bu hərəkətlərin dərhal dayandırılması istənilir.
Müzakirə mövzusu olan torpaqlarda məskunlaşan israillilər tərəfindən həyata keçirilən hər cür "terror aktı" və fələstinlilərə aid mülklərin dağıdılmasının dayandırılmasını tələb edilən qanunda hər iki tərəfə təmkinli davranmaq tövsiyə edilir.
Layihənin Təhlükəsizlik Şurasına nə zaman təqdim ediləcəyi və digər üzvlərin necə reaksiya verəcəyinə dair hələ heç bir açıqlama yoxdur. İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon isə məsələyə münasibət bildirərkən qərar layihəsini tənqid edib və onu həll prosesi üçün "qısa yol" olmadığını söyləyib.
İlhamə ƏBÜLFƏT